Rusiyada kosmonavt olmaq üçün 12 min nəfər namizəd müraciət edib

“Roskosmos”un rəhbəri Dmitri Bakanov bildirib ki, Rusiyada kosmonavt seçiminə rekord sayda — 12 min müraciət daxil olub. Namizədlərdən 350 nəfəri ilkin seçim mərhələsini keçib.

105

Rusiyada kosmonavt olmaq üçün keçirilən yeni seçimə rekord sayda — 12 min müraciət daxil olub. Namizədlərdən 350 nəfəri artıq ilkin seçim mərhələsini keçib.

MSNews.az xəbər verir ki, bunu “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Bakanov sentyabrın 22-də Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib. Onun sözlərinə görə, rekord göstəriciyə kosmonavt seçimi barədə məlumatın dövlət xidmətləri portalı olan “Qosusluqi”də yerləşdirilməsi də təsir göstərib.

Yeni kosmonavt seçimi fevral ayında başlayıb, müraciətlərin qəbulu isə iyunun 30-da başa çatıb. Namizədlər sağlamlıq vəziyyəti, fiziki hazırlıq, peşə bacarıqları və digər meyarlar üzrə qiymətləndirilirlər.

Bakanov bildirib ki, seçim prosesi 2026-cı ilin sonunadək yekunlaşdırılacaq və kosmonavt dəstəsinə qəbul ediləcək namizədlərin adları açıqlanacaq. Müraciət edən 12 min nəfərin hamısı kosmosa göndərilməyəcək: yekun seçimdən keçənlər əvvəlcə xüsusi hazırlıq proqramına cəlb olunacaqlar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti