Qubada Azərbaycanın mədəni irsi gənclər arasında təbliğ olunacaq

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Quba, Qusar, Şabran və Xaçmazda Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği layihəsinə başlayır.

142

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihənin icrasına başlayır. Layihə Quba və ətraf rayonlarda yaşayan yeniyetmə və gənclərin milli-mədəni irs barədə biliklərinin artırılmasını hədəfləyir. 

Layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, ədəbiyyatını, incəsənətini, görkəmli bəstəkarlarını, müğənnilərini, yazıçı və şairlərini, memarlarını, aktyor və rejissorlarını, eləcə də mədəniyyət abidələrini intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ etməkdir. Bununla yanaşı, layihə iştirakçıların komandada işləmək, qərarvermə, məntiqi düşünmə və biliklərini praktik şəkildə tətbiq etmə bacarıqlarının inkişafına da dəstək verəcək.

Üç ay davam edəcək layihə çərçivəsində Quba, Qusar, ŞabranXaçmaz rayonlarının kənd və qəsəbələrində yaşayan, eləcə də həmin ərazilərdə təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə intellektual oyunların keçirilməsi nəzərdə tutulur. Tədbirlərə gənc müəllimlərin də cəlb olunması planlaşdırılır.

Layihə ümumilikdə 250 nəfəri əhatə edəcək. Təşəbbüsün yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, milli-mədəni dəyərlərə marağın artırılması və region gənclərinin intellektual inkişafına töhfə verməsi gözlənilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.