MSNews.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Sentyabrın 24-də keçirilən finalda yarımfinal mərhələlərini uğurla başa vurmuş dörd komanda – Ağstafa rayon Həsənsu kənd A. Mustafayev adına tam orta məktəbin “Viktoriya”, Ağstafa rayon Dağkəsəmən kənd İ. Salıfov adına 2 saylı tam orta məktəbin “Dağkəsəmən-2”, müstəqil “United Steaks” və Qazax rayon Çaylı kənd E. Cəfərov adına 2 saylı tam orta məktəbin “Hədəf” komandaları qalibiyyət uğrunda mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən, səsləndirilən suallara ən çox düzgün cavab verən “United Steaks” komandası I yerə layiq görülüb. Həsənsu kənd məktəbinin “Viktoriya” komandası II, Dağkəsəmən kənd məktəbinin “Dağkəsəmən-2” komandası isə III yeri tutub.
Turnirin sonunda qalib komandaya kubok təqdim edilib. İlk üç yerin sahibləri müvafiq diplom və medallarla təltif olunublar. Bundan əlavə, birinci yerin qalibi olan komandanın üzvlərinə qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, avqustun 1-də start götürən “Məktəblilər arasında intellektual yarış” layihəsi sentyabrın 30-da yekunlaşacaq.
Layihənin tərəfdaşları Qazax Gənclər Evi sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyidir.
















