Putin təsdiqlədi: ABŞ, Rusiya və Ukrayna Əbu-Dabidə görüşəcək

Vladimir Putin ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın 10-da Əbu-Dabidə başlayacağını təsdiqləyib. Rusiya nümayəndə heyətinin tərkibi açıqlanıb.

35

Rusiya Prezidenti Vladimir Putin ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli danışıqların noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə başlayacağını təsdiqləyib. Görüşlərin iki gün davam etməsi planlaşdırılır.

MSNews.az xəbər verir ki, Putin bu barədə noyabrın 6-da Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Rusiya lideri danışıqların təşkilinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə təşəkkür edərək görüşlərə hazırlığın müzakirə olunduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 7-də Rusiya nümayəndə heyətinin tərkibini açıqlayıb.

“Reuters” agentliyinin məlumatına görə, heyətə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Danışıqlarda xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Rusiya hərbi kəşfiyyatının rəhbəri İqor Kostyukov, həmçinin Baş Qərargah rəsmisi Yuri Jiqarlovski iştirak edəcəklər.

Prezidentin köməkçisi Yuri Uşakov isə görüşlərə hazırlığı koordinasiya edəcək, lakin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibinə daxil edilməyib.

“İnterfaks” agentliyinin məlumatına əsasən, 10–11 noyabr tarixlərinə planlaşdırılan danışıqların əsas mövzuları təhlükəsizlik məsələləri, təhlükəsizlik zəmanətləri və Ukrayna müharibəsinin diplomatik yollarla həlli olacaq. Görüşlərin qapalı formatda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu, ABŞ-nin vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqların fevral ayından bəri ilk raundu olacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti