Öcalan azadlığa çıxıb? Ümid Özdağdan sensasion iddia

Zəfər Partiyasının sədri Ümid Özdağ Abdullah Öcalanın komissiya üzvü təyin edildiyini və məhkumluğunun başa çatdığını iddia edib. Lakin onun azadlığa buraxıldığı rəsmən təsdiqlənməyib.

52

Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ PKK terror təşkilatının lideri Abdullah Öcalanın komissiya üzvü təyin edildiyini və məhkumluğunun başa çatdığını iddia edib. Siyasətçi Öcalanın artıq azad olduğunu və İmralı adasında onun üçün hazırlanmış xüsusi yaşayış yerinə köçürüldüyünü bildirib.

MSNews.az xəbər verir ki, Özdağ bu barədə noyabrın 1-də sosial şəbəkə hesabında yayımladığı açıqlamada danışıb. Türkiyənin “Cumhuriyet” nəşrinin məlumatına görə, siyasətçi Öcalanın komissiya üzvlüyünə təyin edilməsi ilə məhkumluğunun sona çatdığını irəli sürüb.

“Abdullah Öcalan artıq məhkum deyil. Hazırda azadlığa çıxıb. Bunu cəmiyyətə necə izah edəcəklərini düşünürlər”, – Özdağ bildirib.

O, Öcalanın İmralıda xüsusi hazırlanmış yaşayış yerində köməkçiləri ilə birlikdə qalacağını və siyasi fəaliyyətini buradan davam etdirəcəyini iddia edib.

Açıqlama DEM Partiyasının İmralı heyətinin üzvü Mithat Sancarın Öcalanın adada yeni hazırlanmış yerə köçürüldüyünü bildirməsindən sonra verilib.

Lakin “Bianet” nəşrinin məlumatına görə, DEM Partiyasının digər nümayəndəsi Pərvin Buldan yeni məkanın İmralı həbsxanasının daxilində yerləşdiyini və bu dəyişikliyin Öcalanın hüquqi statusuna təsir etmədiyini açıqlayıb.

“Associated Press” agentliyi də Öcalanın həbsxananın yeni tikilmiş bölməsinə köçürüldüyünü bildirib.

Öcalanın məhkumluğunun ləğv edilməsi, azadlığa buraxılması və ya rəsmi komissiya üzvlüyünə təyin olunması barədə təsdiqlənmiş qərar yoxdur. Özdağın açıqlaması hələlik siyasi iddia olaraq qalır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti