Nostradamusun 2027-ci illə bağlı sirli “kehanətləri”: Müharibə, iqtisadi böhran və fəlakətlər

Nostradamusun əsrlər əvvəl yazdığı dördlüklər 2027-ci ildə baş verə biləcək hadisələrlə əlaqələndirilir. Müasir şərhlərdə İran və Türkiyə, qlobal maliyyə böhranı, meşə yanğınları və Fransadakı siyasi dəyişikliklər ön plana çıxır.

50

XVI əsrdə yaşamış fransız münəccim Nostradamusun əsərlərindəki sirli dördlüklər yenidən gündəmə gəlib. Müasir şərhçilər onun yazılarını 2027-ci ildə mümkün iqtisadi böhran, təbii fəlakətlər, siyasi sarsıntılar və Yaxın Şərqdəki gərginliklə əlaqələndirirlər.

MSNews.az xəbər verir ki, bu barədə “Sky HISTORY” portalında dərc edilən məqalədə məlumat verilib. Şərhlər əsasən Nostradamusun “Les Prophéties” əsərindəki müxtəlif bölmələrin 27-ci dördlüklərinə əsaslanır.

Yozumlardan biri İran və Türkiyə ilə bağlı mümkün hadisələrə aiddir. Dördlüklərdən birində qədim Persiyadan (İran) Qara dəniz sahilindəki Trabzona doğru hərəkətdən bəhs edilir. Bəzi şərhçilər bunu regional münaqişə və ya diplomatik proseslərlə əlaqələndirirlər.

Digər yozumlarda qızıl, gümüş və borclarla bağlı maliyyə böhranı, genişmiqyaslı yanğınlar və Fransada 2027-ci il prezident seçkiləri fonunda siyasi sarsıntılar ehtimalı irəli sürülür.

Həmçinin gizli xəzinənin tapılması və onu aşkar edən şəxsin ölümü barədə dördlük Kanadanın Ouk-Aylend adasındakı əfsanəvi xəzinə axtarışları ilə əlaqələndirilir.

Lakin Nostradamusun mətnlərində 2027-ci il birbaşa qeyd olunmur. Sadalanan hadisələr təsdiqlənmiş proqnozlar deyil, əsrlər əvvəl yazılmış qeyri-müəyyən şeirlərin müasir yozumlarıdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti