Misirdə səhrada 165 göydələndən ibarət şəhər tikilir

Misir Qahirənin şərqində səhranın ortasında yeni inzibati paytaxt tikir. Layihəyə 165 göydələn, dövlət qurumları və nəhəng biznes zonaları daxildir.

14

Misir hökuməti Qahirənin şərqində, səhralıq ərazidə yeni inzibati paytaxtın tikintisini davam etdirir. Layihə çərçivəsində 165 göydələndən ibarət nəhəng biznes və yaşayış zonasının yaradılması planlaşdırılır. Türkiyə mediasında yayılan məlumata görə, bu şəhər ölkənin inzibati yükünü azaltmaq və yeni iqtisadi mərkəz formalaşdırmaq məqsədi daşıyır. 

“Onurğa” (“The Spine”) adlanan 27 milyard dollarlıq layihə Qahirədən təxminən 45 kilometr şərqdə yerləşir və 2.4 milyon kvadrat metr ərazini əhatə edir. Buraya prezident sarayı, parlament binası, dövlət qurumları, xarici səfirliklər, iri yaşayış kompleksləri və beynəlxalq biznes mərkəzləri köçürülür. Şəhərin əsas məqsədi 20 milyondan çox əhalisi olan Qahirədə sıxlığı azaltmaqdır.

Bundan əlavə, geniş prospektlər, ağıllı şəhər infrastrukturu, sürətli nəqliyyat sistemi və minlərlə yeni mənzil tikilir. Misir rəhbərliyi bu layihəni ölkənin gələcək simvolu kimi təqdim edir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.