Litva Prezidenti: “Rusiya Ukraynada 1,5 milyon hərbçi itirib”

Litva Prezidenti Gitanas Nauseda BMT Baş Assambleyasında Rusiyanın Ukraynadakı hərbi itkilərindən danışıb. O, Rusiyanın son bir ildə Ukrayna ərazisinin 0,3 faizini ələ keçirmək üçün 400 mindən çox hərbçi itkisi verdiyini bildirib.

11

Litva Prezidenti Gitanas Nauseda BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın Ukraynaya qarşı apardığı müharibə zamanı 1,5 milyon hərbi qulluqçu itkisi verdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya son bir ildə Ukrayna ərazisinin cəmi 0,3 faizini ələ keçirmək üçün 400 mindən çox ölü və yaralı hərbçi itirib.

MSNews.az xəbər verir ki, Nauseda bu barədə sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı danışıb.

“LRT”nin məlumatına görə, Litva Prezidenti Rusiyanın müharibə ərzində verdiyi hərbi itkilərlə əldə etdiyi ərazi irəliləyişləri arasında böyük fərq olduğunu vurğulayıb.

“Son 55 ay ərzində Rusiya 1,5 milyon hərbçi itkisi verib. Son bir ildə isə Ukrayna ərazisinin cəmi 0,3 faizini ələ keçirmək üçün 400 mindən çox ölü və yaralı hərbçi itirib”, – deyə Nauseda bildirib.

Litva lideri Rusiyanın hərbi əməliyyatlarına baxmayaraq, Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu qoruduğunu vurğulayıb.

“Ukrayna müstəqil dövlət kimi ayaqda qalmağa davam edir. Ukrayna dili, mədəniyyəti və milli kimliyi yaşayır və inkişaf edir”, – deyə o qeyd edib.

Nauseda çıxışında müharibənin Ukraynanın mülki əhalisinə vurduğu zərərə də diqqət çəkərək beynəlxalq ictimaiyyəti müharibənin başa çatdırılması üçün səylərini artırmağa çağırıb.

Qeyd edək ki, Litva Prezidentinin səsləndirdiyi 1,5 milyon nəfərlik göstərici Rusiyanın ümumi hərbi itkilərinə aiddir və yalnız həlak olan hərbçilərin sayını ifadə etmir. Müharibə şəraitində tərəflərin hərbi itkiləri barədə açıqlanan rəqəmləri müstəqil şəkildə tam təsdiqləmək mümkün deyil.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti