Lavrov və Rubio Nyu-Yorkda görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda qapalı görüş keçiriblər. Danışıqların gündəmində Ukrayna müharibəsinin nizamlanması və Rusiya–ABŞ münasibətləri olub.

8

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio sentyabrın 23-də Nyu-Yorkda görüşüblər. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən danışıqlarda Ukrayna müharibəsinin nizamlanması və Rusiya–ABŞ münasibətləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş mətbuat üçün giriş bəyanatları olmadan başlayıb və qapalı formatda davam edib. Jurnalistlərin zalı dərhal tərk etməməsi hər iki nümayəndə heyətinin rəhbərinin gülüşünə səbəb olub.

ABŞ Dövlət Departamentinin görüşdən sonra yaydığı məlumata görə, tərəflər Ukraynadakı müharibəni və ikitərəfli münasibətləri müzakirə ediblər. “İnterfaks”  agentliyi danışıqlara dair məlumatında bu mövzuların görüşün gündəmində olduğunu bildirib.

Görüş təxminən 50 dəqiqə davam edib. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Lavrov Moskvanın Ukrayna müharibəsinin siyasi və diplomatik yollarla nizamlanmasına hazır olduğunu bildirib. Görüşün nəticəsində konkret razılaşmanın əldə edildiyi açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.