İlham Əliyev Xankəndidə iki yeni binanın təməlini qoydu

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib. Kitabxana 1100 tələbəyə xidmət göstərəcək.

36

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin yeni binalarının təməlqoyma mərasimlərində iştirak edib. Universitetdə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi müasir kitabxana və innovativ layihələrin inkişafına xidmət edəcək mərkəz yaradılacaq.

MSNews.az xəbər verir ki, dövlət başçısına hər iki binada yaradılacaq şərait barədə məlumat təqdim olunub.

Bildirilib ki, dördmərtəbəli kitabxana binasında müasir oxu zalları, fərdi və qrup şəklində təhsil, elmi araşdırmalar, görüşlər və akademik əməkdaşlıq üçün xüsusi məkanlar yaradılacaq. Kitabxana tələbə və müəllimlərlə yanaşı, region ictimaiyyətinin də informasiya resurslarına çıxışını genişləndirəcək.

İnnovasiya Mərkəzi isə tələbələrin texnoloji ideyalarının, elmi-tədqiqat layihələrinin və sahibkarlıq təşəbbüslərinin inkişafına yönələcək. Burada innovativ həllərin hazırlanması, elmi nəticələrin praktik tətbiqi və universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Layihələrin həyata keçirilməsi Qarabağda müasir təhsil və innovasiya infrastrukturunun formalaşdırılmasına, yerli sahibkarlığın, texnoloji inkişafın və bilik əsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti