İlham Əliyev Şuşada 360 yerlik təhsil mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. 360 yerlik mərkəzdə müasir emalatxanalar və laboratoriyalar yaradılıb.

21

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. 360 yerlik təhsil müəssisəsində müasir emalatxanalar, laboratoriyalar və yataqxana infrastrukturu yaradılıb.

MSNews.az xəbər verir ki, dövlət başçısına mərkəzdə yaradılan şərait barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Məlumata görə, müəssisədə əsaslı təmir işlərinə 2025-ci ilin martında başlanılıb.

İkimərtəbəli tədris binasında 9 emalatxana, 3 təlim sahəsi, 5 dərs otağı, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, fizika və kimya laboratoriyaları, informatika, rəsm və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana yerləşir.

Mərkəzin beşmərtəbəli yataqxana binasında isə akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, elektron kitabxana, tədris və yataq otaqları, istirahət və fitnes məkanları, eləcə də ictimai iaşə obyekti yaradılıb.

Müəssisənin əsas məqsədlərindən biri Qarabağda aparılan bərpa və quruculuq işləri üçün yerli ixtisaslı kadrların hazırlanmasıdır.

Mərkəzin istifadəyə verilməsi Şuşada peşə təhsili imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına uyğun bacarıqlar qazanmasına və bölgənin ixtisaslı mütəxəssislərlə təmin olunmasına töhfə verəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti