Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkını ziyarət etdilər

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər Günü münasibətilə Bakıdakı Zəfər Parkını ziyarət ediblər. Alyona Əliyeva şəhidlərin xatirəsini yad edərək təbrik paylaşımı edib.

28

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və həyat yoldaşı Alyona Əliyeva noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Parkını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

MSNews.az xəbər verir ki, Alyona Əliyeva ziyarət zamanı çəkilən fotoları sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan xalqını tarixi Zəfərin 6-cı ildönümü münasibətilə təbrik edib.

Alyona Əliyeva paylaşımında bildirib:

“8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı əldə olunan Qələbənin və Şuşanın azad edilməsinin ildönümü kimi qeyd olunur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti