Hərbi və fövqəladə vəziyyətlərdə tibbi sığorta xərclərini dövlət qarşılayacaq

Azərbaycanda hərbi və fövqəladə vəziyyətlər zamanı İcbari Tibbi Sığorta Fondunun vəsaiti çatışmadıqda tibbi xidmətlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi təklif olunur.

52

Azərbaycanda hərbi və fövqəladə vəziyyətlər zamanı tibbi xidmətlərə tələbat kəskin artarsa, icbari tibbi sığorta xərclərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi mümkün olacaq.

MSNews.az xəbər verir ki, bu barədə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində qeyd olunub.

Layihəyə əsasən, hərbi vəziyyət, fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit rejimi zamanı tibbi xidmətlərə tələbatın artması nəticəsində İcbari Tibbi Sığorta Fondunun vəsaiti çatışmazsa, əlavə xərclər dövlət büdcəsindən qarşılana bilər.

Bundan başqa, Fondun növbəti il üçün gəlirləri proqnozlaşdırılarkən cari ilin sonunda gözlənilən büdcə artıqlığının (profisitin) də maliyyə təminatı kimi nəzərə alınması nəzərdə tutulur.

Qeyd edək ki, dəyişiklik hələlik qanun layihəsi mərhələsindədir. Təklif hərbi və fövqəladə vəziyyətlərdə tibbi xidmətlərin maliyyələşdirilməsində yarana biləcək çatışmazlığın aradan qaldırılmasına yönəlib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti