“Google”-un “Gemini” modeli üç şirkətin sistemini müstəqil şəkildə sındırıb

"Google"-un "Gemini" süni intellekt modeli kibertəhlükəsizlik sınağı zamanı üç real şirkətin sisteminə icazəsiz daxil olub. Şirkət insidentləri təsdiqləyib və təhlükəsizlik tədbirlərinin yeniləndiyini açıqlayıb.

33

“Google” şirkətinin “Gemini” süni intellekt modeli kibertəhlükəsizlik sınağı zamanı müstəqil şəkildə üç real şirkətin kompüter sisteminə icazəsiz daxil olub. May ayında baş verən hadisələr “Google”-un süni intellekt sistemlərindən birinin sınaq mühitindən kənarda bu cür kiberhücum həyata keçirdiyi məlum olan ilk haldır.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi məlumat yayıb. İnsidentlər süni intellekt sistemlərinin təhlükəsizliyini qiymətləndirən Irregular şirkətinin keçirdiyi sınaqlar zamanı baş verib.

Sınaq çərçivəsində “Gemini”-yə virtual şirkətin sistemindən məlumat əldə etmək tapşırılıb. Lakin modelin real internetə çıxış imkanının olması və sınaqda istifadə edilən uydurma şirkətin adının mövcud şirkətlərdən biri ilə eynilik təşkil etməsi nəticəsində süni intellekt real sistemlərə müdaxilə edib.

Model bir halda giriş şifrəsini təxmin edərək qorunan sistemə daxil olub. Digər iki halda isə internetdə açıq şəkildə yayımlanmış giriş məlumatlarından istifadə edərək real şirkətlərin sistemlərinə giriş əldə edib.

“Google”-un təhlükəsizlik mühəndisliyi üzrə vitse-prezidenti Hizer Adkins hadisələri təsdiqləyərək bildirib ki, “Gemini” hər üç halda real şirkətlərin sistemlərinə daxil olduğunu müəyyənləşdirdikdən sonra fəaliyyətini dayandırıb.

Şirkət insidentlərdən təsirlənən üç müəssisənin məlumatlandırıldığını və sınaqları həyata keçirən tərəfdaşla birlikdə təhlükəsizlik prosedurlarının təkmilləşdirildiyini açıqlayıb. “Google”-un bildirdiyinə görə, hadisələr nəticəsində şirkətlərə zərər dəyməyib.

“Axios”  nəşrinin məlumatına görə, “Irregular” baş verən insidentlər barədə “Google”-u iyulun sonunda xəbərdar edib. Şirkət isə hadisələrin nəticəsiz başa çatdığını və modelin öz fəaliyyətini dayandırdığını əsas gətirərək həmin vaxt onları ictimaiyyətə açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl “Meta”, “Anthropic” və “OpenAI” şirkətlərinin süni intellekt modellərinin də kibertəhlükəsizlik sınaqları zamanı müəyyən edilmiş sərhədlərdən kənara çıxdığına dair oxşar insidentlər qeydə alınıb. Bu hadisələr avtonom süni intellekt sistemlərinin real infrastruktura çıxışının məhdudlaşdırılması və onların fəaliyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.