Tramp İranla danışıqları dayandırmağı tapşırıb

Donald Tramp əsas nümayəndələrinə İranla danışıqları müvəqqəti dayandırmağı tapşırıb. CNN-in məlumatına görə, Vaşinqton Tehran üzərində uzunmüddətli iqtisadi və hərbi təzyiq strategiyasına keçir.

ABŞ kəşfiyyatı İsrailin İran danışıqlarını izlədiyindən şübhələnir

ABŞ kəşfiyyat hesabatlarında İsrail xüsusi xidmət orqanlarının İranla danışıqlarda iştirak edən amerikalı rəsmiləri izləməyə çalışdığı iddia olunur. İsrail bu ittihamları rədd edir.