ABŞ kəşfiyyatı İsrailin İran danışıqlarını izlədiyindən şübhələnir

ABŞ kəşfiyyat hesabatlarında İsrail xüsusi xidmət orqanlarının İranla danışıqlarda iştirak edən amerikalı rəsmiləri izləməyə çalışdığı iddia olunur. İsrail bu ittihamları rədd edir.

25

ABŞ kəşfiyyatının son hesabatlarında İsrail xüsusi xidmət orqanlarının İranla danışıqlarda iştirak edən amerikalı rəsmiləri izləməyə çalışdığına dair narahatlıq ifadə olunub.

MSNews.az xəbər verir ki, “Iran International” “The New York Times”a istinadən yazıb ki, ABŞ rəsmiləri İsrail kəşfiyyatının İran üzrə diplomatik prosesdə iştirak edən yüksəkvəzifəli amerikalı nümayəndələr barədə məlumat toplamağa çalışdığından şübhələnirlər. İddialara görə, diqqət mərkəzində ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, müdafiə nazirinin müavini Elbric Kolbi və Pentaqon rəsmisi Maykl DiMino da olub.

i24NEWS”in məlumatına görə, “The New York Times” ABŞ rəsmilərinə istinadən İsrail kəşfiyyatının İranla danışıqlara dair Vaşinqtonun daxili müzakirələri və diplomatik mövqeləri barədə məlumat əldə etməyə çalışdığını yazıb. Məqalədə bu fəaliyyətin ABŞ-İsrail münasibətlərində İran məsələsi üzrə fikir ayrılıqları fonunda artdığı qeyd olunub.

İsrail tərəfi isə bu iddiaları rədd edir. İsrailin Vaşinqtondakı səfirliyi ABŞ rəsmilərinə və qurumlarına qarşı casusluq edilməsi ilə bağlı iddiaları təkzib edib. Ağ Ev də daha əvvəl oxşar məlumatlara ehtiyatla yanaşaraq ittihamları təsdiqləməyib.

Ekspertlər hesab edirlər ki, iddialar təsdiqlənəcəyi təqdirdə, bu, ABŞ və İsrail arasında ən həssas sahələrdən biri olan kəşfiyyat əməkdaşlığına ciddi zərbə vura bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti