Böyük Britaniyanın parçalanması dünya siyasətinə necə təsir edə bilər? – ŞƏRH

QAFSAM eksperti Novruzəli Yusubzadə və siyasi araşdırmaçı, Çin üzrə mütəxəssis Pərviz Əliyev Şotlandiya, Uels və Şimali İrlandiyanın Böyük Britaniyadan mümkün ayrılmasının geosiyasi nəticələrini şərh ediblər.

Şotlandiya, Uels və Şimali İrlandiya liderləri Londona qarşı ortaq sənəd imzaladı

Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı liderləri Kardiffdə öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən memorandum imzalayıblar. Görüş Donald Trampın vahid İrlandiyaya dəstək açıqlamasından iki gün sonra keçirilib.