Uels, Şotlandiya və Şimali İrlandiya liderləri: “Vestminsterin vaxtı sona yaxınlaşır”

Uels, Şotlandiya və Şimali İrlandiyanın müstəqillik və birləşmə tərəfdarı siyasi liderləri Kardiffdə memorandum imzalayaraq Böyük Britaniyada konstitusiya dəyişikliklərinin yaxınlaşdığını bəyan ediblər.

65

Uels, Şotlandiya və Şimali İrlandiyanın müstəqillik və birləşmə tərəfdarı siyasi liderləri Kardiffdə imzaladıqları memorandumda “Vestminsterin vaxtının sona yaxınlaşdığını” bəyan edərək Böyük Britaniya hökumətini mümkün konstitusiya dəyişikliklərinə hazırlaşmağa çağırıblar.

MSNews.az xəbər verir ki, sentyabrın 14-də keçirilən görüşdə “Plaid Cymru” lideri və Uelsin birinci naziri Rhun ap Iorwert, SNP lideri və Şotlandiyanın birinci naziri Con Suinni, “Sinn Féin” vitse-prezidenti və Şimali İrlandiyanın birinci naziri Mişel O’Nil, həmçinin “Sinn Féin” prezidenti və İrlandiya müxalifətinin lideri Meri Lou MakDonald iştirak ediblər.

Tərəflərin imzaladığı qarşılıqlı anlaşma memorandumunda siyasi mənzərənin dəyişdiyi və ilk dəfə Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik və ya İrlandiyanın birləşməsini dəstəkləyən siyasətçilərin birinci nazir postunda olduğu vurğulanır.

“Daha aydın işarə ola bilməz ki, Vestminsterin vaxtı sona yaxınlaşır. Təşəbbüs bizim hərəkatların tərəfindədir və biz konstitusiya dəyişikliklərinin yaxınlaşdığına inanırıq”, – memorandumda bildirilir. Sənədin tam mətnini dərc edən “Holyrood” tərəflərin hər bir xalqın öz gələcəyini demokratik yollarla müəyyən etmək hüququnu müdafiə etdiyini yazır.

Memorandumda “heç bir Vestminster hökumətinin demokratiyanı əngəlləmək və xalqların öz gələcəyini müəyyən etmək prinsipini sarsıtmaq hüququnun olmadığı” qeyd olunur. SNP, “Plaid Cymru” və “Sinn Féin” Britaniya hökumətini Şotlandiya, Uels və Şimali İrlandiyada mümkün konstitusiya dəyişikliklərinə hazırlaşmağa, onları planlaşdırmağa və həyata keçirilməsini asanlaşdırmağa çağırıblar.

Razılaşma yalnız konstitusiya məsələlərini əhatə etmir. Partiyalar iqtisadi siyasət, bərpa olunan enerji ehtiyatlarının inkişafı və Avropa ilə münasibətlərin gücləndirilməsi sahələrində də əməkdaşlıq etmək niyyətindədirlər. Memorandumda Brexit-in iqtisadi imkanları məhdudlaşdırdığı iddia edilir və tərəflər gələcəkdə öz ölkələrinin Avropa İttifaqında yer almasını istədiklərini bildirirlər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.