ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Keir Starmerlə bağlı diqqətçəkən paylaşım edib.
MSNews.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında Starmerin Birləşmiş Krallığın baş naziri vəzifəsindən istefa verəcəyini yazıb. O, Britaniya hökumət başçısını immiqrasiya və enerji siyasətində uğursuzluğa düçar olmaqda ittiham edib.

“Anadolu Agentliyi” yazır ki, Tramp paylaşımında Starmerin “iki mühüm sahədə — immiqrasiya və enerji məsələlərində ciddi uğursuzluğa düçar olduğunu” bildirib və Şimal dənizində neft hasilatının artırılmasına çağırıb. ABŞ Prezidenti paylaşımının sonunda Starmerə “ən xoş arzularını” çatdırıb.