Dünyanın ən gözəl qadınlarının yaşadığı ölkələrin yeni reytinqi açıqlanıb. Mytour turizm platformasının hazırladığı siyahıda Rusiya birinci yeri tutub. İlk üçlüyə Venesuela və Hindistan da daxil olub.
MSNews.az xəbər verir ki, reytinqin nəticələrini “Wasted” nəşri sosial şəbəkələrdə yayımlayıb. Siyahıda ümumilikdə 20 ölkə yer alıb.
Reytinqi tərtib edənlər rusiyalı qadınların xarici görünüşündə Avropa və Asiya xüsusiyyətlərinin birləşməsini, göz quruluşunu və digər estetik cəhətləri önə çəkiblər.
Siyahıda Venesuela ikinci, Hindistan üçüncü, Argentina dördüncü, Serbiya isə beşinci yerdə qərarlaşıb. İlk onluğu İsveç, Kolumbiya, Fransa, İtaliya və Niderland tamamlayır.
“Mytour” platformasının reytinqinə əsasən, ilk 20-lik belədir:
- Rusiya
2.Venesuela
3.Hindistan
4.Argentina
5.Serbiya
6.İsveç
7.Kolumbiya
8.Fransa
9.İtaliya
10.Niderland
11.ABŞ
12.Danimarka
13.Böyük Britaniya
14.Kanada
15.Avstraliya
16.Filippin
17.Cənubi Koreya
18.Türkiyə
19.Braziliya
20.Ukrayna
“Radio 1” nəşrinin məlumatına görə, ABŞ siyahıda 11-ci, Türkiyə 18-ci, Ukrayna isə 20-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq elmi araşdırmaya deyil, subyektiv estetik qiymətləndirməyə əsaslanır. Platforma ölkələrin hansı sorğu və ya statistik metodologiya əsasında sıralandığını açıqlamayıb. Buna görə də nəticələr dünyada qəbul olunmuş obyektiv gözəllik göstəricisi kimi qiymətləndirilə bilməz.