Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) daxil olan məlumatlar əsasında qanunsuz silahlı birləşmələrin yaradılması və xarici xüsusi xidmət orqanları tərəfindən onlardan istifadə olunması ilə bağlı kompleks araşdırma tədbirləri həyata keçirib.
Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları – 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlu, 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu – xarici ölkə ərazisində gizləndikləri yerdən müəyyən edilərək saxlanılıb və Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb olunublar.
Şübhəlilər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri üzrə ittiham olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
DTX qeyd edir ki, davam edən araşdırmalar və cinayət məsuliyyətinə cəlb olunmuş digər şəxslər barədə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.