Ceki Çanın yeni filmi Azərbaycanda çəkiləcək

Ceki Çanın iştirakı ilə çəkiləcək “Armour of God IV: Ultimatum” filminin bir hissəsi Azərbaycanda lentə alınacaq. Çəkilişlər 2026-cı ilin iyulunda başlayacaq, premyera isə 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.

36

Dünya şöhrətli aktyor Ceki Çanın iştirakı ilə çəkiləcək əfsanəvi “Armour of God” franşizasının yeni filmi — “Armour of God IV: Ultimatum”un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq. Filmin beynəlxalq çəkiliş qrafikinə Azərbaycanla yanaşı Qazaxıstan da daxil edilib. 

Məlumata görə, ekran əsərinin istehsalına 2026-cı ilin iyulunda başlanacaq. Filmin dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılır. Layihənin rejissoru Robert Kun, prodüserləri isə Esmond Renİqor Tsay olacaq. Filmin istehsalı Qazaxıstanın Salem Entertainment” şirkəti tərəfindən həyata keçiriləcək.

Yeni film Ceki Çanın məşhur Asian Hawk” obrazının macəralarını davam etdirəcək. Süjetə əsasən, qəhrəman bu dəfə “Tumar” adlı qədim artefaktın axtarışına çıxacaq. Məlumatlara görə, həmin artefakt üçün 20 milyon dollardan çox mükafat vəd olunur.

Ceki Çan bildirib ki, region tərəfdaşları ilə əməkdaşlıq layihəyə yeni vizual və yaradıcı imkanlar açır. Prodüserlər isə filmin Qazaxıstan və Azərbaycanda çəkilməsini regionun beynəlxalq kino layihələrində daha görünən rol qazanması baxımından mühüm addım kimi qiymətləndirirlər.

“Armour of God” franşizasının əsası 1986-cı ildə qoyulub. Daha sonra seriyanın “Armour of God II: Operation Condor”“Chinese Zodiac” filmləri təqdim olunub. Yeni ekran işi franşizanın uzun fasilədən sonra davamı kimi kinosevərlərin marağına səbəb olub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031