Boris Nemtsovun qızına 4 il həbs cəzası verildi

Moskva məhkəməsi müxalifətçi siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib. Qərar Rusiyada «arzuolunmaz təşkilat» elan edilmiş fondun fəaliyyətini idarə etməsi ilə bağlıdır.

49

Rusiyada 2015-ci ildə qətlə yetirilmiş müxalifətçi siyasətçi Boris Nemtsovun qızı, jurnalist və ictimai fəal Janna Nemtsova qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkədə «arzuolunmaz təşkilat» elan edilmiş fondun fəaliyyətini idarə etməkdə təqsirli bilinib.

MSNews.az xəbər verir ki, noyabrın 5-də Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi müvafiq hökm çıxarıb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

İttihama əsasən, Nemtsova 2015-ci ildə təsis etdiyi “Boris Nemtsov Azadlıq Fondu”nun fəaliyyətinə rəhbərlik etməyə və maliyyələşdirilməsini təşkil etməyə davam edib. Rusiya hakimiyyəti fondu 2024-cü ilin aprelində «arzuolunmaz təşkilatlar» siyahısına daxil edib.

Məhkəmə qərarı ilə Nemtsovaya 8 il müddətinə internet saytlarını və kanallarını idarə etmək də qadağan olunub. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

“Deutsche Welle” nəşrinin məlumatına görə, Nemtsova 2015-ci ildə atasının qətlindən sonra Rusiyanı tərk edib. Hazırda xaricdə yaşayan jurnalist Rusiyada axtarışa verilib.

Nemtsova ittihamları qəbul etmir. Müdafiə tərəfi onun bəraət almasını tələb edib. Məhkəmə hökmü hələ qanuni qüvvəyə minməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti