Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb

Bakıda ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə 60 ölkədən 400-dən çox nümayəndənin qatıldığı 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı başlayıb.

91

Bakıda sentyabrın 2-də 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

 MS-News.az xəbər verir ki, sentyabrın 2–3-də keçirilən tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə təşkil olunub.

Konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr edilib. Tədbirdə mina təhlükəsinin şəhər və yaşayış məntəqələrinin bərpasına təsiri, təhlükəsiz qayıdış, qabaqcıl texnologiyalar və beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.

Konfransda 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Onların sırasında müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri, BMT agentlikləri və beynəlxalq təşkilatların nümayəndələri, milli minatəmizləmə qurumlarının təmsilçiləri, ekspertlər və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri var. Bu barədə “APA” məlumat yayıb.

Konfransın açılışında Prezident İlham Əliyevin iştirakçılara müraciəti Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən oxunub. Dövlət başçısı müraciətində Azərbaycanın mina və partlamamış sursatlarla ciddi şəkildə çirkləndiyini, ilkin hesablamalara görə ölkə ərazisinin 13 faizdən çoxunun bu təhlükədən təsirləndiyini bildirib. Prezidentin məlumatına görə, indiyədək 298 min hektardan çox ərazi təmizlənib, 260 147 mina və digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, azad edilmiş ərazilərdə şəhərlərin və yaşayış məntəqələrinin bərpası tikinti ilə deyil, ilk növbədə torpaqların təhlükəsiz vəziyyətə gətirilməsi ilə başlayır. Onun sözlərinə görə, yaşayış infrastrukturu üçün 103 min hektardan çox ərazi təmizlənib.

BMT nümayəndəsi Nasar Hayat isə mina probleminin yalnız ayrı-ayrı dövlətlərin deyil, qlobal səviyyədə əməkdaşlıq tələb edən məsələ olduğunu vurğulayıb. Konfransın iki günü ərzində aparılacaq müzakirələrin humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.