Azərbaycanda məcburi köçkün statusu ilə bağlı yeni qərar – Kimlərə şamil ediləcək?

Azərbaycanda məcburi köçkün statusunun verilməsi qaydaları dəyişdirilib. Yeni qərar övladlığa götürülənləri, işğaldan sonra doğulan şəxsləri və müəyyən nikah şərtlərinə uyğun gələn kişiləri əhatə edir.

54

Azərbaycanda “məcburi köçkün” statusunun verilməsi qaydalarına dəyişiklik edilib. Yeni qərara əsasən, əvvəllər mövcud məhdudiyyətlər səbəbindən bu statusu ala bilməyən bəzi şəxslərə də müvafiq status və onu təsdiqləyən vəsiqə veriləcək.

MSNews.az xəbər verir ki, dəyişiklik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə təsdiqlənib.

Yeni qaydalara əsasən, rayonun işğalından sonra məcburi köçkün statusu olan şəxslər tərəfindən övladlığa götürülmüş məcburi köçkün şəxslərə də status və müvafiq vəsiqə veriləcək.

Bundan başqa, işğaldan əvvəl işğal olunmamış rayonun sakini ilə nikahda olmuş, lakin işğal olunmuş rayondakı pasport qeydiyyatını dəyişməmiş kişilər və onların uşaqları da müəyyən edilmiş şərtlər daxilində məcburi köçkün statusu ala biləcəklər. Əvvəllər bu hüquq eyni şərtlərlə yalnız qadınlara şamil edilirdi.

Dəyişikliklər işğaldan əvvəl məcburi köçkün statusu olan qadınlarla evlənmiş, işğaldan sonra isə həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişiləri də əhatə edir.

Eyni zamanda, rayonun işğalından sonra doğulmuş şəxslərin məcburi köçkün statusu alması üçün tələb olunan sənədlər müəyyənləşdirilib. Bunlara şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, valideynlərin müvafiq sənədləri və məcburi köçkünlüyü təsdiqləyən sənəd daxildir.

Qeyd edək ki, yeni qaydalar bütün şəxslərə avtomatik status verilməsi demək deyil. Statusun rəsmiləşdirilməsi üçün qərarda nəzərdə tutulan şərtlər və sənədləşmə tələbləri yerinə yetirilməlidir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti