ABŞ və İsrail İranı bu tarixdə vuracaq – EKSPERT AÇIQLADI

QAFSAM eksperti Novruzəli Yusubzadə ABŞ və İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatı ilə bağlı Əl-Udeyd bazası, USS Theodore Roosevelt, maliyyə bazarları və yeni ay faktorunu təhlil edib.

227

ABŞ və İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatı ilə bağlı müxtəlif hərbi və texniki indikatorlar diqqət çəkir.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, hazırda dörd əsas göstəricinin birlikdə izlənilməsi mümkün eskalasiyanın vaxtı barədə müəyyən təsəvvür yarada bilər.

“Mənim diqqət etdiyim dörd əsas indikator var: Qətərdəki Əl-Udeyd bazasının vəziyyəti, ‘USS Theodore Roosevelt’ aviadaşıyıcı qrupunun hərəkəti, dünya maliyyə bazarlarının həftəsonu fasiləsi və yeni aya yaxın gecələrin qaranlıq olması”.

Əl-Udeyd əsas indikatorlardan biridir

Yusubzadənin fikrincə, Qətərdə yerləşən və ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi obyektlərindən olan Əl-Udeyd bazasının genişmiqyaslı boşaldılması mümkün hücumdan əvvəl ən ciddi xəbərdarlıq siqnallarından biri ola bilər.

“İran ABŞ və İsrailin hücumuna cavab verəcəyi halda regiondakı Amerika bazaları əsas potensial hədəflərdəndir. Buna görə Əl-Udeyddə personalın kütləvi şəkildə çıxarılması baş verərsə, bunu adi təhlükəsizlik tədbiri kimi qiymətləndirmək çətin olar”.

Hazırda bazanın tam təxliyə edildiyini göstərən təsdiqlənmiş məlumat yoxdur. Daha əvvəl bəzi əməkdaşların çıxarılması “ehtiyat tədbiri” kimi həyata keçirilib.

“Theodore Roosevelt” hara gedir?

Ekspertin diqqət çəkdiyi ikinci indikator “USS Theodore Roosevelt” aviadaşıyıcısının hərəkətidir.

ABŞ Hərbi Dəniz İnstitutunun noyabrın 2-nə olan məlumatına görə, aviadaşıyıcı həmin tarixdə Cənubi Çin dənizində olub.

“Aviadaşıyıcı qrupunun CENTCOM-un əməliyyat zonasına doğru hərəkət etməsi və xüsusilə Ərəbistan dənizi istiqamətinə yaxınlaşması mənim üçün əsas göstəricilərdən biridir. Çünki belə bir qüvvənin bölgəyə daxil olması ABŞ-ın hərbi seçimlərini ciddi şəkildə genişləndirir”.

Yusubzadə hesab edir ki, gəminin yaxın günlərdə Malakka boğazını keçməsi və qərbə doğru hərəkətinin təsdiqlənməsi eskalasiya ehtimalını daha diqqətlə izləməyi tələb edəcək.

Maliyyə bazarları faktoru

Ekspert mümkün əməliyyatın maliyyə bazarlarının həftəsonu bağlı olduğu vaxta salınmasını da nəzərə alınmalı amillərdən biri sayır.

“Böyük hərbi əməliyyatın cümə günü ABŞ bazarlarının bağlanmasından sonra başlaması ilk maliyyə şokunun əsas birjalarda dərhal qiymətləndirilməməsinə imkan verə bilər. Bu, təkbaşına hücum göstəricisi deyil, amma hərbi planlamada nəzərə alına biləcək detallardan biridir”.

NYSE və “Nasdaq”-ın rəsmi təqviminə görə, noyabrın 5-i və 6-sı adi ticarət günləridir; bazarlar həftəsonu cümə günü sessiyasından sonra bağlanacaq.

Yeni ay niyə nəzərə alınır?

Dördüncü indikator astronomik şəraitdir.

Bakıda və regionda növbəti yeni ay 9 noyabr saat 11:02-də baş verəcək. Buna görə 8–9 noyabr gecələri ay işığının minimum olduğu dövrə təsadüf edir.

“Müasir ABŞ və İsrail aviasiyasının gecə əməliyyatları üçün ay işığına ehtiyacı yoxdur. Amma mümkün əməliyyatın görünmə şəraitini minimuma endirmək baxımından yeni aya yaxın gecələr yenə də əlavə üstünlük yarada bilər”.

“7–9 noyabrı diqqətlə izləmək lazımdır”

Yusubzadə bütün göstəriciləri bir araya gətirərək 7 noyabr axşamından 9 noyabr səhərinə qədər olan müddətin xüsusi diqqətlə izlənilməli olduğunu düşünür.

“Mən bunu ‘hücum mütləq bu tarixdə olacaq’ kimi demirəm. Ancaq Əl-Udeyddə hərəkətlilik, aviadaşıyıcı qrupunun regiona yaxınlaşması, həftəsonu bazar fasiləsi və yeni ay faktorunun eyni zaman kəsiyində üst-üstə düşməsi 7–9 noyabr aralığını maraqlı edir”.

Ekspertin fikrincə, yaxın günlərdə Əl-Udeyddən genişmiqyaslı təxliyə, əlavə tanker və bombardmançı təyyarələrin bölgəyə göndərilməsi və “USS Theodore Roosevelt” qrupunun Ərəbistan dənizinə keçməsi qeydə alınarsa, mümkün yeni hərbi raundla bağlı ehtimallar daha ciddi əsas qazana bilər.

Hazırda isə Vaşinqton və Tehran arasında Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və ABŞ administrasiyası hərbi variantı açıq saxlasa da, diplomatik həll imkanının da qaldığını bildirir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti