ABŞ-da seçki qalmaqalı: Eyni adlı iki senator namizədi ilə bağlı cinayət işi araşdırılır

ABŞ Ədliyyə Nazirliyi Alyaskada senator Den Sallivanla eyni adı daşıyan namizədin seçkilərə məqsədli şəkildə cəlb edilməsi iddiasını araşdırır. Demokratların seçiciləri çaşdırmağa çalışdığı ehtimalı gündəmdədir.

39

ABŞ Ədliyyə Nazirliyi Alyaska ştatında Senat seçkilərində iştirak edən iki eyniadlı namizədlə bağlı cinayət araşdırması aparır. İstintaq keçmiş müəllim Deniel Ceyms Sallivanın (Daniel J. Sullivan) seçiciləri çaşdırmaq və respublikaçı senator Den Sallivanın səslərini azaltmaq məqsədilə seçkilərə cəlb edilib-edilmədiyini müəyyənləşdirməyə çalışır.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “CBS News” məlumat yayıb.

Araşdırmaya əsasən, hər iki namizədin adı Den Sallivandır və hər ikisi respublikaçı kimi seçkiyə qatılıb. Keçmiş müəllim sosial şəbəkələrdə və mediada “Saxta Den” (Decoy Dan) ləqəbi ilə tanınmağa başlayıb.

“The Guardian” nəşrinin məlumatına görə, demokrat namizəd Meri Peltolanın kampaniyası ilə əlaqəli şəxslərin və Demokratların Senator Seçki Kampaniyası Komitəsinin (DSCC) ikinci Sallivanın namizədliyinin irəli sürülməsində iştirak etdiyi iddia olunur. Peltolanın kampaniyası isə bu ittihamları rədd edir.

Ədliyyə Nazirliyi istintaq çərçivəsində 100-dən çox çağırış sənədinin və ən azı 20 hədəf bildirişinin göndərilməsi istiqamətində tədbirlər görüb.

Bununla belə, hələ heç kimə cinayət ittihamı irəli sürülməyib. Alyaska məhkəmələri Deniel Sallivanın seçki bülletenində qalmasına icazə verib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti