Dubayda dənizə 19 milyon kubmetr qum tökdülər – Yeni ada yaradıldı

Dubayda 19 milyon kubmetrdən çox qum və milyonlarla ton daş istifadə edilərək süni ada yaradılıb. Naïa Island layihəsində yaşayış və turizm infrastrukturu salınacaq.

20

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dənizin doldurulması hesabına yeni süni ada yaradılıb. Nəhəng mühəndislik layihəsi çərçivəsində 19 milyon kubmetrdən çox qum və milyonlarla ton daş istifadə olunub. Adada yaşayış və turizm obyektlərinin inşası nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, Dubay sahillərində həyata keçirilən “Naïa Island” layihəsində mühüm mərhələ tamamlanıb. Süni adanın konturları artıq dəniz səthində tam formalaşıb.

Layihənin icraçısı olan Niderlandın “Van Oord” şirkətinin noyabrda açıqladığı məlumata əsasən, dənizin doldurulması üçün 19 milyon kubmetrdən çox qum istifadə edilib, sahil mühafizə qurğularına isə təxminən 3 milyon ton daş yerləşdirilib. İşlərin sonunda daş həcminin 4 milyon tonu keçməsi gözlənilir.

“Shamal Holding” şirkəti tərəfindən inkişaf etdirilən layihə Dubayın Cümeyra (Jumeirah) sahillərində yerləşir. Təxminən 13 hektarlıq ərazini əhatə edən adada 6 kilometr uzunluğunda çimərlik sahəsinin yaradılması planlaşdırılır.

Yeni adada lüks yaşayış məkanları, turizm obyektləri və istirahət infrastrukturu yerləşəcək. Layihə Dubayın sahilboyu ərazilərini genişləndirmək və yüksək səviyyəli turizm imkanlarını artırmaq strategiyasının bir hissəsidir.

Hazırda adanın sahil mühafizə qurğularının tamamlanması, daş örtüklərinin yerləşdirilməsi və çimərliklərin formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Dubay daha əvvəl “Palma Cümeyra” və “The World Islands” kimi süni ada layihələri ilə tanınıb. “Naïa Island” da şəhərin dəniz üzərində ərazi genişləndirməsi istiqamətində həyata keçirdiyi yeni layihələrdən biridir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30