“Flydubai” reysində yeni detal: ekipaj üzvləri hücum edən pilotun açılmasını istəyiblər

FZ1073 reysində kapitana hücum edən ikinci pilotu zərərsizləşdirən sərnişinlər bəzi ekipaj üzvlərinin onun bağlarını açmağı tələb etdiyini bildiriblər.

Dubay–Təl-Əviv reysində qaçırılma həyəcanı: Təyyarə Səudiyyə Ərəbistanına endi

"Flydubai"-nin Dubaydan Təl-Əvivə uçan FZ1073 reysi “7500” siqnalı verdikdən sonra Səudiyyə Ərəbistanına yönləndirilib. İsrail rəsmiləri sonradan təyyarənin qaçırılmadığını açıqlayıblar.