İran BƏƏ istiqamətində iki ballistik raket buraxıb

BƏƏ Müdafiə Nazirliyi İrandan ölkə istiqamətində iki ballistik raketin buraxıldığını açıqlayıb. Raketlərin hər ikisi dənizə düşüb, onlardan biri BƏƏ-nin ərazi sularına enib.

51

İran ərazisindən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində iki ballistik raket buraxılıb. Raketlərin hər ikisi dənizə düşüb və insan tələfatı barədə məlumat verilməyib.

MSNews.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ölkənin hava hücumundan müdafiə sistemləri avqustun 18-də İran tərəfindən buraxılan iki ballistik raketi aşkarlayıb.

Bu barədə “Gulf News”“Sharjah 24” məlumat yayıb.

Nazirliyin məlumatına görə, birinci raket BƏƏ-nin ərazi sularından kənara, ikinci raket isə ölkənin ərazi sularına düşüb. BƏƏ Müdafiə Nazirliyi qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu və ölkənin suverenliyi, təhlükəsizliyi və sabitliyinə qarşı istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirib.

Hadisə zamanı BƏƏ-də, o cümlədən Dubayda sakinlərin telefonlarına mümkün raket təhlükəsi barədə xəbərdarlıqlar göndərilib. Daha sonra səlahiyyətli qurumlar vəziyyətin təhlükəsiz olduğunu açıqlayıb və bəzi ərazilərdə eşidilən qeyri-adi səslərin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.