İlham Əliyev Dublində enerji və innovasiyalara həsr olunan dəyirmi masada iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində təşkil olunan innovasiya, nəqliyyat bağlantıları və əlçatan enerji mövzusunda dəyirmi masaya qatılıb.

10

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində təşkil edilmiş dəyirmi masada iştirak edib.

MSNews.az xəbər verir ki, toplantı “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusuna həsr olunub.

Dəyirmi masanın əsas mövzuları Avropanın iqtisadi rəqabətqabiliyyətliliyinin artırılması, innovasiyaların təşviqi, ölkələr arasında bağlantıların inkişafı və əlçatan enerji məsələləri olub.

Tədbir Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində təşkil edilib. Qeyd edək ki, Azərbaycan Prezidenti sammitin açılış plenar sessiyasında da iştirak edib.