Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. Dövlət başçıları Memorialın önünə əklillər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat dərc olunub.
Ziyarət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı 2026-cı il fevralın 26-da istifadəyə verilib. Heydər Əliyev Fondunun konsepsiyası əsasında yaradılan Memorial Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi yaddaşın qorunması məqsədi daşıyır.















