Dubay yaxınlığında qocalmanı yavaşlatmağı vəd edən xüsusi ada yaradılır

Dubayda sağlam həyat və uzunömürlülük konsepsiyasına əsaslanan “SHA Island” layihəsi hazırlanır. 137 yaşayış evi və tibbi xidmətlərə malik adanın 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

53

Birləşmiş Ərəb Əmirliklərində, Dubay yaxınlığında insan ömrünün uzadılması və sağlam qocalmanın dəstəklənməsi məqsədilə xüsusi yaşayış adası yaradılır. “SHA Island” adlı layihə sakinlərə fərdi tibbi nəzarət və sağlam həyat proqramları təklif edəcək.

MSNews.az xəbər verir ki, ada Dubay və Əbu-Dabi arasında yerləşən Əl-Curf sahil ərazisində inşa olunur. Layihə İspaniyanın SHA sağlamlıq şirkəti və BƏƏ-nin IMKAN tikinti şirkəti tərəfindən həyata keçirilir.

Kompleksdə 137 lüks yaşayış evi, sağlamlıq klinikası və istirahət mərkəzi yerləşəcək. Sakinlərə genetik müayinələr, bioloji yaşın qiymətləndirilməsi, fərdi qidalanma və fiziki hazırlıq proqramları təklif olunacaq.

Evlərdə havanın təmizlənməsi sistemləri və sağlam həyat tərzinə uyğun texnologiyalar quraşdırılacaq. Adada restoranlar, idman və sağlamlıq pavilyonları, çimərlik klubu və marina da fəaliyyət göstərəcək.

Daşınmaz əmlak qiymətləri milyonlarla dollarla ölçülür. Satış tərəfdaşı “Knight Frank”ın məlumatına görə, yaşayış obyektlərinin qiymətləri 9 milyon dirhəmdən başlayır. Layihə rəhbərliyi kompleksin 2028-ci ildə açılmasını hədəfləyir.

Qeyd edək ki, layihə sağlam qocalmanı dəstəkləmək məqsədi daşısa da, bu xidmətlərin insanların bioloji qocalmasını mütləq yavaşlatdığı elmi cəhətdən sübuta yetirilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.