Yeni Zelandiya: hərflərin nizamsız düzülüşü, yoxsa coğrafi ad?

Yeni Zelandiyada yerləşən və 92 hərfdən ibarət adı ilə məşhur olan Taumata təpəsi Maori mədəniyyəti, folkloru və dünyanın ən uzun yer adları arasında xüsusi yer tutur. Təpənin adı Tamateanın əfsanəsi ilə bağlıdır.

100

Yeni Zelandiyada yerləşən və dünyanın ən uzun yer adlarından biri kimi tanınan təpə, həm yerli əhali, həm də dilçilik araşdırmaları üçün xüsusi maraq doğurur – Taumatafakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaifenuakitanatahu

Hündürlüyü 305 metrə çatan bu təpə hərflərin təsadüfi düzülüşündən ibarət deyil; adın arxasında Maori mədəniyyətinə aid dərin folklor izləri dayanır.

Söz o qədər uzundur ki, yerli maorilər onu gündəlik danışıqda sadəcə “Taumata” kimi qısaldırlar. Əsl adın təxmini mənası da kifayət qədər poetikdir. Mifoloji qəhrəman Tamateanın dayandığı zirvəni ifadə edən bu ad “böyük dizləri olan, dağlardan yuvarlanan, iri qayaları udan və sevgilisi üçün fleyta çalan Tamateanın dayandığı təpənin zirvəsi” kimi tərcümə olunur.

Adın ingilis dilindəki forması 92 hərfdən ibarətdir, lakin bəzi mənbələr bu sözün 105 hərflik daha uzun versiyasının da mövcud olduğunu bildirir. Dünyanın ən uzun yer adları sırasında xüsusilə seçilən Taumata həm turizm üçün maraqlı məkan, həm də dil araşdırmalarında unikal nümunə hesab edilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.