Azərbaycanda həkimlər və klinikalar üçün süni intellekt həlləri təqdim edən “BestDoctor AI Agency” adlı yeni agentlik fəaliyyətə başlayıb. Agentlik həkimlərin süni intellekt əsaslı axtarışlarda daha dəqiq təqdim olunmasına və klinikalara daxil olan pasiyent müraciətlərinin avtomatlaşdırılmasına yönəlmiş xidmətlər təklif edir.
MSNews.az xəbər verir ki, agentliyin təqdim etdiyi məlumatda fəaliyyətin bir neçə əsas istiqaməti olduğu bildirilir: süni intellekt axtarışında görünmə və süni intellektin xidmətlərə tətbiqi.
Birinci xidmət həkimlərin ixtisası, göstərdiyi tibbi xidmətlər və qəbul ünvanı haqqında məlumatların internetdə sistemli təqdim edilməsinə yönəlib. Məqsəd pasiyent “ChatGPT”, “Gemini”, “Claude” və oxşar vasitələrlə həkim axtararkən həmin mütəxəssis barədə aktual və düzgün məlumatların əlçatan olmasını təmin etməkdir.
Digər xidmət istiqaməti isə süni intellekt əsaslı resepşn və müştəri xidmətləri agentləridir. Klinikanın və ya həkimin “WhatsApp”, “Instagram” və veb-sayt üzərindən daxil olan müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub. Agentliyin məlumatına görə, mətn və səs əsaslı köməkçi iş saatları, ünvan, xidmətlər və həkimlər barədə gündəlik suallara günün istənilən saatında cavab verə, qəbula yazılmaq istəyən pasiyentlərin müraciətlərini qeydə ala və digər sorğuları klinika əməkdaşlarına yönləndirə bilir.
“BestDoctor AI Agency“ həmçinin həkimlər üçün saytların hazırlanması, klinikaların qəbul təqvimi və pasiyent məlumatlarının idarə olunması proqramları, axtarış sistemləri və sosial şəbəkələr üçün reklam xidmətləri təklif etdiyini bildirir.
Agentliyin xidmətləri həm fərdi qəbul aparan həkimlər, həm də klinikalar üçün nəzərdə tutulub. Ətraflı məlumat bestdoctor.agency ünvanında təqdim olunur.