Tramp ucuz dərmanların satılacağı “TrumpRx” saytını elan edib

ABŞ Prezidenti Donald Tramp ucuz dərmanların satılacağı “TrumpRx.gov” internet saytının istifadəyə verildiyini elan edib. Yeni platforma milyonlarla amerikalını əhatə edəcək.

76

ABŞ Prezidenti Donald Tramp uyğun qiymətli dərmanların birbaşa əldə oluna biləcəyi “TrumpRx.gov” internet saytının istifadəyə verildiyini açıqlayıb. Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Prezident bildirib ki, vəzifəyə başladıqdan sonra ölkənin aparıcı dərman istehsalçıları ilə intensiv danışıqlar aparılıb və bu danışıqlar nəticəsində bir sıra kritik dərman vasitələrinin qiymətlərində ciddi endirimlərə nail olunub. Tramp bununla mühüm seçki vədlərindən birini yerinə yetirdiyini vurğulayıb.

Yeni təşəbbüsün milyonlarla amerikalının gündəlik həyatına birbaşa təsir edəcəyini deyən Tramp, “Bu axşam biz səhiyyə sahəsində indiyədək atılmış ən transformativ addımlardan birinin təqdimatını edirik. Bu, son dərəcə böyük və əhəmiyyətli bir layihədir”, – deyə qeyd edib.

Daha sonra çıxış edən “Medicare” və “Medicaid” Xidmətlərinin direktoru, doktor Mehmet Öz, Trampın göstərişi ilə geniş komandanın çox qısa müddətdə intensiv iş apardığını bildirib. Onun sözlərinə görə, birbaşa satış mexanizminə əsaslanan bu xidmət milyonlarla amerikalının daha keyfiyyətli və əlçatan səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq.

Tədbirdə həmçinin ABŞ Səhiyyə Nazirliyinin nümayəndəsi “TrumpRx.gov” saytı vasitəsilə dərmanların necə və hansı şərtlərlə əldə edilə biləcəyinə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, Donald Tramp 2025-ci ilin dekabrında ölkənin ən böyük 17 dərman istehsalçısından 14-ü ilə dərman qiymətlərinin aşağı salınması barədə razılıq əldə olunduğunu açıqlamışdı.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
22 aprel 2026