ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi İranın nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə yeni hərbi əməliyyatların mümkün olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Hakkabi İsrailin “N12/Channel 12” telekanalına müsahibəsində Tehranın ötən ilki 12 günlük müharibə və bu il keçirilən “Epik Qəzəb” əməliyyatından sonra həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə zəiflədiyini deyib. Səfirin sözlərinə görə, İran rəhbərliyinin davranışı dəyişməsə, gələcəkdə “başqa bir hərbi əməliyyat” baş verə bilər.
Bu barədə “JNS” məlumat yayıb.
Hakkabi Trampın İranın nüvə proqramı ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Tehranın nə nüvə silahına, nə də zənginləşdirilmiş urana sahib olmasını qəbul edir.
Regionda digər gərginlik xətti isə Türkiyə-İsrail münasibətləridir. İsrailin Suriyadakı Əbu əz-Zuhur aviabazasına zərbəsindən sonra ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak Vaşinqtonun Türkiyə, İsrail və Suriya arasında daha güclü qarşıdurmanın qarşısını almaq üçün xüsusi kommunikasiya və dekonfliktasiya mexanizmi hazırladığını açıqlayıb. “Reuters”in məlumatına görə, məqsəd yanlış anlaşılma nəticəsində hərbi qarşıdurma riskini azaltmaqdır.