Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı

Azərbaycanlı döyüşçü Tofiq Musayev Belqradda keçirilən UFC turnirində slovakiyalı Lyudovit Klaynı ikinci raundda texniki nokautla məğlub edib.

7

Azərbaycanlı qarışıq döyüş ustası Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb.

MSNews.az xəbər verir ki, 36 yaşlı döyüşçü Serbiyanın paytaxtı Belqradda keçirilən “UFC Fight Night” turnirində slovakiyalı Lyudovit Klaynla qarşılaşıb. Yüngül çəki dərəcəsində keçirilən döyüş Musayevin ikinci raundda texniki nokautla qələbəsi ilə başa çatıb.

“MMA Fighting” nəticələrə istinadən yazır ki, hakim ikinci raundun 4-cü dəqiqə 7-ci saniyəsində döyüşü dayandırıb. Qarşılaşma Belqrad Arenada keçirilən turnirin ilkin döyüşlər proqramına daxil edilib.

“MMA Mania” bildirir ki, Musayev ilk raundda rəqibinin ön ayağına təsirli zərbələr endirib. İkinci raundda isə azərbaycanlı döyüşçü ardıcıl əl zərbələri ilə Klaynı yerə yıxıb və döşəmə üzərində hücumu davam etdirib. Bundan sonra hakim qarşılaşmanı dayandırıb.

Bu, Tofiq Musayevin UFC-də ardıcıl ikinci qələbəsidir. O, 2026-cı il martın 28-də Sietldə keçirilən turnirdə çilili İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatdakı ilk qələbəsini qazanmışdı. Həmin qarşılaşma gecənin ən yaxşı döyüşü seçilmişdi.

Musayev UFC-də ilk döyüşünü 2025-ci ilin iyununda Bakıda keçirib. O, həmin qarşılaşmada Mıktıbek Orolbaya birinci raundda ağrıdıcı fəndlə məğlub olmuşdu. Belqraddakı nəticədən sonra azərbaycanlı idmançının UFC göstəricisi iki qələbə və bir məğlubiyyətə çatıb.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31