Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək

“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Ermənistanın beynəlxalq internet bağlantısının Azərbaycan üzərindən təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.

228

Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.

MSNews.az-ın məlumatına görə, “AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin olunmasına dair ikitərəfli müqavilələr imzalayıb.

Razılaşmaya əsasən, Azərbaycanın aparıcı magistral internet operatorlarından olan “AzerTelecom” öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.

Bildirilib ki, bu əməkdaşlıq “AzerTelecom”un beynəlxalq internet trafikinin təchizatı üzrə fəaliyyət coğrafiyasını genişləndirməsinə imkan yaradacaq.

Bu cür razılaşmalar regionda bağlantı marşrutlarının şaxələndirilməsi, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılması və rəqəmsal əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hesab olunur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.