Özbəkistan millisi üçün “ağ qurd” dizaynlı təyyarə təqdim edildi

"Uzbekistan Airways" Özbəkistan millisinin DÇ-2026 debütü münasibətilə “Ağ Qurd” simvolu ilə bəzədilmiş xüsusi Boeing 787 Dreamliner təyyarəsini təqdim edib.

1

Özbəkistan milli futbol komandasının tarixində ilk dəfə dünya çempionatında iştirak etməsi münasibətilə “Uzbekistan Airways” xüsusi dizaynlı Boeing 787 Dreamliner təyyarəsini təqdim edib. Təyyarə 2026-cı il FIFA Dünya Çempionatı ərəfəsində milli komanda və azarkeşlərə dəstək rəmzi kimi hazırlanıb. Aviaşirkətin açıqlamasına görə, yeni dizaynın əsas elementi “Ağ Qurd” obrazıdır. Bu simvol güc, cəsarət, birlik və qələbəyə inamı ifadə edir. 

Təqdimat futbol ictimaiyyətində böyük maraq doğurub. Təyyarə Özbəkistan bayrağının rəngləri — mavi, ağ və yaşıl çalarlarla bəzədilib. Korpusda milli komandanın simvolu olan ağ qurd təsviri, “Uzbekistan” yazısı, mühərrik hissəsində isə “UZB 2026” və “Oq bo‘rilar” — “Ağ qurdlar” ifadələri yerləşdirilib.

“Uzbekistan Airways” bildirib ki, xüsusi rəngləmə beynəlxalq aviasiya təhlükəsizliyi tələblərinə və texniki standartlara uyğun şəkildə həyata keçirilib. Aviaşirkət qeyd edib ki, təyyarələrin xarici dizaynında edilən hər bir dəyişiklik istehsalçı və aviasiya qurumları tərəfindən təsdiqlənməli, istismar və təhlükəsizlik normalarına cavab verməlidir.

Özbəkistan millisi 2026-cı il dünya çempionatında ilk dəfə çıxış edəcək. FIFA-nın rəsmi məlumatına görə, “Ağ qurdlar” uzun illər davam edən uğursuz cəhdlərdən sonra tarixində ilk dəfə mundiala vəsiqə qazanıb. Bu uğur ölkə futbolu üçün tarixi mərhələ hesab olunur.

Xüsusi Dreamliner təqdimatı da məhz bu tarixi debüt ətrafında milli ruhu gücləndirmək məqsədi daşıyır. Sosial şəbəkələrdə yayılan görüntülərdə təqdimatın dramatik və emosional üslubda hazırlandığı, ağ qurd obrazının isə komandanın əsas rəmzi kimi ön plana çıxarıldığı görünür.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.