Timberin DÇ-2026 iştirakı ilə bağlı zədə narahatlığı artır

Niderland millisinin müdafiəçisi Yurrien Timberin qasıq zədəsi səbəbindən DÇ-2026-nı buraxa biləcəyi iddia olunur. Rəsmi təsdiq hələ açıqlanmayıb, Ceremi Frimpongun mümkün çağırışı isə media ehtimalı kimi müzakirə edilir.

13

Niderland millisinin müdafiəçisi Yurrien Timberin qasıq zədəsi səbəbindən 2026-cı il dünya çempionatını buraxa biləcəyi iddia olunur.

MSNews.az xəbər verir ki, bu barədə idman mediasında məlumatlar yayılıb. Bildirilir ki, “Arsenal”ın müdafiəçisi zədədən tam bərpa ola bilmədiyi üçün mundialda iştirak etməyə bilər. Lakin dərc olunma anına qədər Niderland Futbol Federasiyası və ya komandanın rəsmi nümayəndələri tərəfindən Timberin DÇ-2026-dan kənarda qalması barədə yekun açıqlama verilməyib.

Reuters” daha əvvəl yazmışdı ki, Timber qasıq zədəsi ilə bağlı narahatlıqlara baxmayaraq Ronald Koemanın dünya çempionatı üçün açıqladığı heyətə daxil edilib. Agentliyin məlumatına görə, 24 yaşlı futbolçu mart ayında “Everton”la oyunda zədələnmiş və bundan sonra “Arsenal”ın 14 oyununu buraxmışdı.

Sonradan “Arsenal”ın baş məşqçisi Mikel Arteta Timberin Çempionlar Liqası finalı üçün hazır olduğunu bildirmişdi.

Buna baxmayaraq, Niderland millisində Timberin fiziki vəziyyəti ilə bağlı ehtiyatlılıq qalır. “NL Times” yazır ki, Timber heyətə salınsa da, onun tam formada olub-olmaması sual altında idi. Eyni mənbəyə görə, Ian Maatsen və Lutsharel Geertruida məhz Timberin vəziyyəti ilə bağlı qeyri-müəyyənlik fonunda ehtiyat siyahıya daxil edilmişdi.

Ceremi Frimponqun Timberin əvəzinə çağırıla biləcəyi də idman mediasında ehtimal kimi müzakirə olunur. Lakin bu variant hələlik rəsmi təsdiqini tapmayıb.

Niderland millisi DÇ-2026-da “F” qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Yaponiya, İsveçTunis yığmaları ilə qarşılaşacaq.