UEFA Avropa Liqası: 1/16 final püşkatma nəticələri bəlli oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma nəticələri açıqlanıb. 1/16 finalda qarşılaşmalar və mümkün 1/8 final rəqibləri bəlli oldu.

376

Bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, 1/16 final mərhələsinin cütlükləri müəyyənləşib.

Səpələnməmişlər səbətində “Brann” (Norveç), “Dinamo Zaqreb” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya), “Panatinaikos” (Yunanıstan), “Fənərbağça” (Türkiyə), “Lill” (Fransa) və “PAOK” (Yunanıstan) klubları yer almışdı.

Səpələnmişlər səbətində isə “Genk” (Belçika), “Bolonya” (İtaliya), “Ştutqart” (Almaniya), “Ferentsvaroş” (Macarıstan), “Nottingem Forest” (İngiltərə), “Viktoriya Plzen” (Çexiya), “Srvena Zvezda” (Serbiya) və “Selta” (İspaniya) komandaları qərarlaşmışdı.

Püşkatmanın nəticələri belədir:

  • Ludoqorets – Ferentsvaroş

  • Panatinaikos – Viktoriya Plzen

  • Dinamo Zaqreb – Genk

  • PAOK – Selta

  • Seltik – Ştutqart

  • Fənərbağça – Nottingem Forest

  • Brann – Bolonya

  • Lill – Srvena Zvezda

1/16 final mərhələsinin ilk oyunları 19 fevral, cavab qarşılaşmaları isə 26 fevral tarixində keçiriləcək. Qaliblər növbəti 1/8 final mərhələsində püşkatma nəticəsində liqanın ilk 8-liyində qərarlaşmış komandalarla üz-üzə gələcəklər. Bu mərhələdə onları “Porto” (Portuqaliya), “Braqa” (Portuqaliya), “Midtyullend” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Roma” (İtaliya), “Lion” (Fransa) və “Aston Villa” (İngiltərə) komandaları gözləyir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti