Putinin nümayəndəsi və AfD liderləri görüşəcək

Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Almaniyanın AfD partiyasının liderləri Rusiya qazının tədarükünün bərpasını müzakirə etməyə hazırlaşırlar. Görüş 2027-ci ildə keçirilə bilər.

22

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının rəhbərliyi Rusiyadan Almaniyaya qaz tədarükünün bərpasını müzakirə etmək üçün görüşə hazırlaşırlar. Danışıqların 2027-ci ilin martında keçirilməsi mümkün hesab olunur.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters”  agentliyi danışıqların hazırlığından məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev, AfD-nin həmsədrləri Alis Vaydel və Tino Krupallanın iştirakı nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri “Şimal axını” qaz kəmərləri vasitəsilə Rusiyadan Almaniyaya enerji tədarükünün yenidən başlanması olacaq.

Mənbələrin sözlərinə görə, görüş yalnız Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına dair ilkin çərçivə razılaşması əldə ediləcəyi təqdirdə baş tuta bilər. Danışıqlar üçün mümkün məkanlar arasında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanın adları çəkilir.

Təşkilatçılar ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də görüşə qatılmasını istəyirlər. Lakin ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi onların planlaşdırılan görüş barədə məlumatlandırılmadığını və dəvət almadığını bildirib.

AfD-nin sözçüsü və Dmitriyevin nümayəndəsi isə mümkün danışıqlarla bağlı şərh verməkdən imtina ediblər.

AfD Almaniyada enerji qiymətlərinin aşağı salınması və iqtisadiyyatın dəstəklənməsi məqsədilə Rusiya nefti və qazına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını müdafiə edir. Alis Vaydel daha əvvəl Rusiya enerji resurslarının yenidən idxalına çağırış edib.

Bununla belə, AfD hazırda Almaniya hökumətində təmsil olunmur və ölkənin enerji siyasəti ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Buna görə də mümkün görüş Rusiya qazının Almaniyaya tədarükünün mütləq bərpa olunacağı anlamına gəlmir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.