Putin Rusiya ordusunun ştat sayını artırdı

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayını 2 399 130 nəfərə çatdıran fərman imzalayıb. Onların 1,51 milyonu hərbçilər olacaq.

11

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin ştat sayını yenidən artırıb.

MSNews.az xəbər verir ki, “Interfax”ın məlumatına görə, Putin Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayını 2 399 130 nəfər, o cümlədən 1 510 000 hərbçi səviyyəsində müəyyən edən fərman imzalayıb.

Fərman 12 iyunda rəsmi hüquqi informasiya portalında dərc olunub və imzalandığı gündən qüvvəyə minib. Sənəddə Rusiya hökumətinə Müdafiə Nazirliyi üçün lazımi büdcə vəsaitlərinin ayrılmasını təmin etmək tapşırılıb.

Yeni fərmanla 4 mart 2026-cı il tarixli əvvəlki qərar qüvvədən düşmüş sayılır. Həmin fərmanda Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 391 770 nəfər, hərbçilərin sayı isə 1 502 640 nəfər olaraq müəyyən edilmişdi. Beləliklə, hərbçilərin sayı 7 360 nəfər artırılıb.

Bu, 2026-cı ilin əvvəlindən Rusiya ordusunun ştat sayının növbəti dəfə artırılmasıdır. Moskva bu addımı Ukrayna ilə müharibə fonunda silahlı qüvvələrin komplektləşdirilməsi və müdafiə ehtiyacları ilə əlaqələndirir.

TASS”ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev aprelin sonunda bildirmişdi ki, 2026-cı ilin əvvəlindən 127 min nəfər Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb. Onun sözlərinə görə, daha 10 min nəfər könüllü birləşmələrə qoşulub.

Reuters” qeyd edir ki, 2022-ci ildə keçirilən qismən səfərbərlikdən sonra Moskva Ukraynada müharibəni davam etdirmək üçün əsasən müqaviləli hərbçilərin cəlbinə üstünlük verir və onlara yüksək ödənişlər təklif edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930