Paşinyan: “İlham Əliyev də Hessen Sülh Mükafatına layiqdir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və onun da Hessen Sülh Mükafatına eyni dərəcədə layiq olduğunu bildirib.

17

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfəyə görə təşəkkür edib və onun da Hessen Sülh Mükafatına eyni dərəcədə layiq olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə sentyabrın 18-də Almaniyanın Visbaden şəhərində Hessen Sülh Mükafatının təqdimolunma mərasimində çıxışı zamanı danışıb.

“Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm”, – deyə Ermənistanın Baş naziri vurğulayıb. 

Paşinyan bildirib ki, sülh prosesinin əsasını 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevlə imzaladığı Birgə Bəyannamə təşkil edir. O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını və Vaşinqton Bəyannaməsinin qəbulunu iki ölkənin münasibətlərində “tarixi irəliləyiş” adlandırıb.

Baş nazir ABŞ Prezidenti Donald Trampa da sülh prosesindəki roluna görə təşəkkür edib. O, həmçinin Azərbaycan və Ermənistan xalqlarının münaqişənin yaratdığı itkilərə və çətinliklərə baxmayaraq, sülhü dəstəklədiklərini vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan Hessen Sülh Mükafatına Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.