Monteneqroda seks videosu skandalı ölkəni sarsıtdı

Monteneqro siyasətini silkələyən seks videoasu skandalı nəticəsində iki yüksək vəzifəli məmur — İnsan Hüquqları Nazirliyinin direktoru və Prezident müşaviri — vəzifəsindən istefa edib.

34

Monteneqro siyasətində böyük qalmaqal yaşanır — ölkədə yayılan seks videoları siyasi səhnəni silkələyərək bir neçə yüksək vəzifəli şəxsin istefasına səbəb olub. Qalmaqal ciddi narazılığa və ictimai müzakirələrə yol açıb.

Hadisələr Monteneqronun paytaxtı Podqoritsada yayılan intim görüntülərlə başlayıb. Video materialda keçmiş Milli Təhlükəsizlik Agentliyinin rəhbəri və Prezidentin müşaviri Dejan Vukşiç ilə İnsan Hüquqları və Azlıqların Müdafiəsi Nazirliyinin insan hüquqlarının təşviqi və qorunması üzrə direktoru Mirjana Pajkoviçin intim anları əks olunub. Bu video sosial şəbəkələrdə geniş yayılandan sonra hər iki rəsmi öz vəzifəsindən istefa vermək qərarına gəlib.

Pajkoviç istefa ərizəsində bəzən rəsmilər arasında “güc balansının pozulduğunu” iddia edərək, videosunun iznsiz yayılmasının şəxsi həyatın gizliliyinin pozulması və qara piar kampaniyası olduğunu bildirərək cinayət tədbirləri üçün polisə müraciət etdiyini deyib.

Vukşiç isə əksinə, bu iddiaları rədd edib. Hər iki tərəf bir-biri haqqında qanuna zidd hərəkətlər barədə qarşılıqlı şikayətlər səsləndirib.

Skandal Monteneqro ictimaiyyətində güc, şəxsi həyatın qorunması, habelə “qisas pornoqrafiyası” kimi tanınan hallara qarşı mübarizə kimi məsələlər ətrafında geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə görə, bu cür intim materialların iznsiz yayılması Monteneqroda cinayət məsuliyyəti yarada bilər və bu cür hallarda cəza müddəti bir neçə ilə qədər davam edə bilər.

Hadisələrin ardınca istefa verən rəsmi şəxslər ölkədəki siyasi açıqlamalar və hüquqi proseslərlə bağlı ictimai rəy və məhkəmə araşdırmasına çıxmaq üçün hazır olduqlarını bəyan ediblər.