Fransada Avropa İttifaqından çıxış tələbi ilə yürüş keçirilib

Fransada Avropa İttifaqından çıxış tələbi ilə FREXIT yürüşü keçirilib. Etirazçılar Emmanuel Makronun və Aİ rəhbərliyinin siyasətinə qarşı şüarlar səsləndiriblər.

116

Fransada Parisin Avropa İttifaqından çıxmasını (FREXIT) tələb edən kütləvi yürüş təşkil olunub. Bu barədə Fransanın “Patriotlar Partiyası”nın lideri Florian Filippo məlumat verib.

Filipponun sözlərinə görə, minlərlə insan küçələrə çıxaraq Fransa hakimiyyətinin daxili və xarici siyasətinə etiraz edib. Yürüş zamanı iştirakçılar Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula von der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenskinin adlarının çəkildiyi şüarlar səsləndiriblər. Etirazçılar “Makron, Ursula və Zelenski – pullarımızı geri qaytarın” çağırışı ilə çıxış ediblər.

Yürüş iştirakçıları Fransa rəhbərliyinin siyasətinin ölkənin iqtisadi maraqlarına zidd olduğunu bildirərək, Avropa İttifaqından çıxışın müzakirəyə açılmasını tələb ediblər.

Florian Filippo yürüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edərək bildirib:

“Bu gün FREXIT uğrunda keçirilən möhtəşəm Milli yürüş nə qədər güclü və təsirli bir qüvvə olduğunu göstərdi.”

FREXIT tərəfdarları Fransanın Avropa İttifaqından çıxmasının ölkənin siyasi və iqtisadi müstəqilliyini gücləndirəcəyini iddia edir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031