Ərdoğandan sərt mesaj: “Təmkinimizi zəiflik saymayın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təmkinli mövqeyinin zəiflik kimi qəbul edilməməli olduğunu bildirib və Türkiyəni mühasirəyə almağa yönəlmiş addımlara səssiz qalmayacaqlarını vurğulayıb.

59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “ləyaqətli və soyuqqanlı” mövqeyinin zəiflik kimi qiymətləndirilməməsi barədə xəbərdarlıq edib və Türkiyəni regional səviyyədə mühasirəyə almağa yönəlmiş addımlara seyrçi qalmayacaqlarını bildirib.

MSNews.az xəbər verir ki, Ərdoğan sentyabrın 7-də Ankarada Prezident Kompleksində keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bu fikirləri səsləndirib.

Ərdoğan Malazgirt səfəri zamanı verdikləri mesajların ünvanına çatdığını söyləyərək belə deyib:

“Bir daha açıq və birmənalı şəkildə bildirirəm: bizim ləyaqətli və soyuqqanlı mövqeyimiz heç kimi yanlış xəyallara sürükləməsin. Bölgəmizdə ölkəmizi mühasirəyə almağa yönəlmiş düşmənçilik addımlarını tribunadan seyr etməyəcəyik”. 

Türkiyə Prezidenti ölkəsinin hər hansı dövlətə, xalqa, dinə və ya mədəniyyətə qarşı olmadığını da xüsusi vurğulayıb.

“Türkiyə heç bir ölkənin, heç bir cəmiyyətin, heç bir inancın və mədəniyyətin qarşısında deyil. Lakin Türkiyə hər cür qanunsuzluğun, haqsızlığın, zorakılığın və kimdən gəlməsindən asılı olmayaraq quldurluğun qarşısındadır və bundan sonra da belə olacaq”, – Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Ankara mürəkkəb geosiyasi şəraitdə müstəqil, sabit və rifahlı dövlət kimi yoluna davam etmək niyyətindədir və bunun qarşısının alınmasına imkan verməyəcək.

Ərdoğan həmçinin Türkiyənin güclənməsindən və regionda sülh və sabitlik yaratmaq istiqamətində fəaliyyətindən narahat olan qüvvələrin ölkəni seçdiyi yoldan döndərə bilməyəcəyini deyib.

Ərdoğan konkret olaraq hansı ölkə və ya qüvvələri “Türkiyəni mühasirəyə almağa yönəlmiş düşmənçilik addımları”nda nəzərdə tutduğunu açıqlamayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.