Tramp Ağ Evin mətbuat katibini cəmi 5 gün sonra vəzifədən uzaqlaşdırdı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanı təyinatından cəmi beş gün sonra vəzifədən uzaqlaşdırıb. Qərar onun ilk brifinqi və peşəkar fəaliyyəti ilə bağlı tənqidlərin ardından verilib.

20

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanı (Katie Zacharia) vəzifəyə başlamasından cəmi beş gün sonra postundan uzaqlaşdırıb. Qərar onun ilk mətbuat brifinqindən və peşəkar fəaliyyəti ilə bağlı mediada yayılan tənqidi materiallardan sonra qəbul edilib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Rəsmi bildirib ki, Zakariya oktyabrın 16-da tutduğu vəzifədən azad edilib.

Zakariya oktyabrın 12-də Ağ Evin mətbuat katibi vəzifəsinin icrasına başlayıb. O, bu postda Karolin Livitti əvəzləyib. Oktyabrın 13-də keçirdiyi ilk brifinq isə mediada geniş tənqidlərə səbəb olub.

ABŞ Prezidenti qərardan əvvəl jurnalistlərə açıqlamasında Zakariyaya vəzifəsində qalmaq məsələsini yenidən nəzərdən keçirməyi tövsiyə etdiyini bildirib.

“Ona dedim ki, məncə, xoşbəxt olmağın daha yaxşıdır. Bu işdə nə vaxtsa xoşbəxt ola biləcəyinə əmin deyiləm. Burada heç nə asan deyil”, – deyə Tramp bildirib.

“The Guardian” nəşrinin məlumatına görə, Zakariyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbəri ilk olaraq “The New York Times” yayıb. Daha sonra Ağ Ev rəsmiləri də onun postundan ayrıldığını təsdiqləyiblər.
Zakariya ilə bağlı mübahisələrdən biri də onun hüquq təhsili və peşəkar statusu ilə əlaqədardır. Tramp onu vəzifəyə təyin edərkən hüquqşünas kimi təqdim etsə də, sonradan Zakariyanın ABŞ-də vəkillik fəaliyyəti üçün tələb olunan ixtisas imtahanından keçmədiyi məlum olub.

Zakariya özü də “Fox News” telekanalına müsahibəsində Kaliforniyada vəkillik imtahanından uğurla keçmədiyini etiraf edib.

“Associated Press” agentliyinin məlumatına görə, Zakariyanın postundan ayrılması Ağ Evin kommunikasiya komandasında yeni dəyişikliklərə səbəb olub. Hazırda onun yerinə kimin təyin ediləcəyi açıqlanmayıb.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.