Tramp Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı dayandırdı

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların və 500 faizlik gömrük rüsumlarının tətbiqini dayandırıb. Rusiya neftinin əsas alıcılarına qarşı nəzərdə tutulan 100 faizlik rüsumlar da qüvvəyə minməyəcək.

21

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sərt iqtisadi sanksiyaların tətbiqini dayandırıb. Ağ Ev rəhbəri imzaladığı fərmanla Rusiya mallarına 500 faizlik, Rusiya enerji daşıyıcılarının əsas alıcılarına isə 100 faizlik gömrük rüsumlarının tətbiqindən müvəqqəti imtina edib.

MSNews.az xəbər verir ki, Tramp oktyabrın 16-da imzaladığı fərmanla sentyabr ayında qəbul edilmiş Lindsi Qrem adına Rusiya və İrana qarşı Sanksiyalar Qanununun əsas müddəalarının tətbiqini dayandırıb. Qərar Ağ Evin rəsmi saytında dərc olunub.

Qanun Rusiyadan ABŞ-a idxal edilən məhsullara 500 faizlik əlavə gömrük rüsumlarının, həmçinin Rusiya nefti və təbii qazının ən böyük beş alıcısına qarşı 100 faizlik rüsumların tətbiqini nəzərdə tuturdu.

Bundan əlavə, Rusiyanın neft ixracına qarşı sanksiyalardan yayınmasına kömək edən əsas ölkələrə də əlavə iqtisadi məhdudiyyətlərin tətbiqi planlaşdırılırdı.

Lakin Tramp fərmanda yeni sanksiyalardan imtinanın ABŞ-nin milli maraqlarına uyğun olduğunu bildirib. Prezident qərarın əsaslandırılması barədə Konqresə müvafiq sənəd təqdim etdiyini açıqlayıb.

“Associated Press” agentliyinin məlumatına görə, qərar ABŞ Konqresində narazılığa səbəb olub. Həm demokrat, həm də respublikaçı qanunvericilər arasında Rusiyaya qarşı iqtisadi təzyiqin zəiflədilməsini tənqid edənlər var.

“Reuters” agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski də qərara etiraz edib. O, yeni sanksiyaların tətbiqindən imtinanın Rusiyanın maraqlarına xidmət etdiyini və Moskvanı Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirməyə təşviq edə biləcəyini bildirib.

Trampın qərarı noyabrın 3-də ABŞ-də keçiriləcək Konqres seçkiləri ərəfəsinə təsadüf edir. “Financial Times” nəşrinin məlumatına görə, administrasiya enerji qiymətlərini nəzarətdə saxlmağa çalışır və Rusiyaya qarşı yeni məhdudiyyətlərin iqtisadi nəticələrini nəzərə alır.

Qeyd edək ki, qərar Rusiyaya qarşı bütün ABŞ sanksiyalarının ləğvi demək deyil. Trampın fərmanında əvvəlki hüquqi aktlar əsasında tətbiq edilmiş məhdudiyyətlərin qüvvədə qaldığı xüsusi vurğulanıb.

Yeni sanksiyaların tətbiqindən imtina isə prezident administrasiyasının növbəti qərarınadək davam edəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.